Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub.
Günün ilk matçında “Turan Tovuz” komandası “Şamaxı”nı qəbul edib. Qarşılqlı hücumlar şəraitində keçən oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Tovuz təmsilçisinin heyətində Runi Eva, rəqib komandadan isə Fuad Bayramov fərqləniblər.
Hazırda “Turan Tovuz” 29 xalla turnir cədvəlinin altıncı pilləsində yer alır. Aktivində 21 xalı olan “Şamaxı” isə doqquzuncu yerə yüksəlib.
Tura “Qarabağ” – “Kəpəz” matçı ilə yekun vurulub. “Azərsun Arena”da oynanılan matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb. “Qarabağ”ın qollarını Abdullah Zubir, Riçard Almeyda və Leandro Andrade vurublar. “Kəpəz”in heyətində isə Yeqor Xvalko adını tabloya yazdırıb.
Xallarının sayını 77-ə çardıran “Qarabağ” turnir cədvəlində birinci pillədəki mövqeyini möhkəmlədib. Gəncə klubu isə 25 xalla yeddincidir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” evdə “Zirə”ni , “Səbail” “Sabah”ı 2:1, “Neftçi” isə səfərdə “Sumqayıt”ı 4:0 hesabı ilə məğlub edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…