Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək

3 Mart 2023 13:34

Xəbər 361 dəfə oxunub

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.

Turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Hazırda 35 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşan “Zirə” 19 xalla səkkizinci olan “Şamaxı” ilə qarşılaşacaq.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 17:00-da başlayacaq.

Qeyd edək ki, turun “Səbail” – “Sumqayıt”, “Sabah” – “Kəpəz” oyunları martın 4-də, “Qəbələ” – “Qarabağ” və “Neftçi” – “Turan Tovuz” matçları isə ayın 5-də keçiriləcək.xeber100.com