Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun oyunlarının hakimləri müəyyənləşib.Peşəkar Futbol Liqasının (PFL) saytı xəbər verir ki, iki günü əhatə edəcək tura mayın 8-də “ASCO Arena”da keçiriləcək “Səbail” – “Sabah” oyunu ilə start veriləcək. Elçin Məsiyevin idarə edəcəyi qarşılaşma saat 18:00-da start götürəcək.Günün ikinci görüşü saat 20:15-də başlayacaq. “Qarabağ” – “Zirə” matçının baş hakimi Kamal Umudlu olacaq. Qarşılaşma “Azersun Arena” stadionunda oynanılacaq.Mayın 9-da keçiriləcək iki qarşılaşma ilə turun oyunlarına yekun vurulacaq. İkinci günün ilk oyununda Sumqayıtdakı “Kapital Bank Arena” stadionunda “Sumqayıt” klubu “Şamaxı” komandasını qəbul edəcək. Saat 17:30-da start götürəcək görüşdə baş hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.Tura “Qəbələ” – “Neftçi” oyunu ilə yekun vurulacaq. Qəbələ şəhər stadionundakı Fərid Hacıyevun idarə edəcəyi qarşılaşma saat 19:45-də start götürəcək.Turun görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.İyirmi beş turdan sonra turnir cədvəlinə 59 xalla bir oyun az keçirən “Qarabağ” klubu başçılıq edir. Xatırladaq ki, ötən tur “Qarabağ” vaxtından əvvəl çempionluğunu təmin edib. Əlli xal toplayan “Neftçi” ikinci, 42 xalı olan “Zirə” üçüncü, ondan dörd xal az toplayan “Qəbələ” isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sabah” (36), “Şamaxı” (21), “Sumqayıt” (15) və “Səbail” (15) klubları qərarlaşıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…