Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulacaq

8 May 2023 13:33

Xəbər 392 dəfə oxunub

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulacaq. Turun sonuncu oyununda “Qarabağ” klubu “Qəbələ”ni qəbul edəcək.

“Azersun Arena” oynanılacaq matç saat 20:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə olacaq. Ağdam klubu 81 xalla turnir cədvəlinin liderdir. “Qəbələ” 48 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki görüşlərində “Sabah” “Kəpəz”i, “Zirə” “Şamaxı”nı 3:0 hesabı ilə üstələyib. “Turan Tovuz” “Neftçi”ni (4:0), “Səbail” isə “Sumqayıt”ı (3:1) məğlub edib.xeber100.com