Azərbaycan Premyer Liqasından XXI turun daha bir oyunu keçirilib

4 Aprel 2021 17:10

Xəbər 326 dəfə oxunub

Aprelin 4-də futbol üzrə Azərbaycan Premyer Liqasından XXI turun daha bir oyunu keçirilib.Azərtac xəbər verir ki, çempionatın liderlərindən “Neftçi” klubu öz meydanında “Sumqayıt”ı qəbul edib.”Bakcell Arena”dakı qarşılaşma “gənclik şəhəri” təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.”Sumqayıt”ın heyətində Rəhim Sadıxov 4-cü dəqiqədə hesabı açıb. Yarımmüdafiəçi 42-ci dəqiqədə penaltini də dəqiq yerinə yetirib.Qələbə sayəsində 29-cu xalını qazanan “Sumqayıt” 4-cü yerdədir. “Neftçi” isə 42 xalla hələ ki 1-2-ci yerləri bölüşdürür. Oyunun 72-ci dəqiqəsində sarı vərəqə alan Namiq Ələsgərov cəzalı duruma düşüb və XXII turda “Qəbələ” ilə səfər görüşünü buraxacaq.Matç “Neftçi”nin yeni transferi Keysuke Honda üçün əlamətdar olub. İkinci hissənin əvvəlində meydana daxil olan 35 yaşlı yaponiyalı yarımmüdafiəçi ilk rəsmi matçına çıxıb.”Neftçi”nin futbolçusu Emin Mahmudov komandada 100-cü matçına çıxıb. 29 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XXI turunda “Sumqayıt”la oyunun start heyətində yer alıb. Paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev bu səbəbdən qarşılaşmanın əvvəlində kapitana xatirə hədiyyəsi təqdim edib.Qeyd edək ki, günün digər qarşılaşmasında “Sabah” “Qəbələ”ni qəbul edir. Tura bu gün keçiriləcək “Keşlə” – “Qarabağ” oyunu ilə yekun vurulacaq. Dünən baş tutmuş “Səbail” – “Zirə” oyununda hesab açılmayıb.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02