Azərbaycan Premyer Liqasının 11-ci turuna yekun vurulub

10 Noyabr 2019 21:11

Xəbər 434 dəfə oxunub

Noyabrın 10-da futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun sonuncu görüşündə “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Zirə”ni qəbul edib.Görüşdə hesabı “Qarabağ” 5-ci dəqiqədə Maqali Qeyenin sayəsində açsa da, fasilədən sonra – 69-cu dəqiqədə Riçard Qadze hesaba tarazlıq gətirib.Qarşılaşma bu hesabla başa çatıb.“Qarabağ” 11 turdan sonra 27 xalla çempionatın lideridir, “Zirə” isə 11 xalla 6-ci yerdə qərarlaşıb.xeber100.com