Fevralın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasının 15-ci turunun ikinci görüşündə “Neftçi” doğma meydanda “Sumqayıt”ı qəbul edib.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda qalib müəyyənləşməyib.Görüşün 43-cü dəqiqəsində hesabı Sumqayıt təmsilçilərinin hücumçusu Rahim Sadikov açıb. Lakin meydan sahibləri 71-ci dəqiqədə hesaba tarazlıq gətirməyi bacarıblar. Matç elə bu hesabla bitib -1:1.Qeyd edək ki, “Neftçi” komandası oyunu 41-ci dəqiqədən etibarən bir nəfər azlıqda oynayıb. Bakı təmsilçisinin heyətində Vojislav Stankoviç qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.Fevralın 2-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Keşlə” oyununda baş hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. Matç saat 15:00-da başlayacaq.Premyer Liqanın XV turuna həmin gün saat 17:30-da başlayacaq “Səbail” – “Qarabağ” matçı ilə yekun vurulacaq. Bu oyunda ədaləti İnqilab Məmmədov qoruyacaq.Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.On dörd turdan sonra turnir cədvəlinə 31 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 26 xalı olan “Neftçi” ikinci, 23 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Zirə” (20), “Sumqayıt” (19), “Sabah” (13), “Qəbələ” (13) və “Səbail” (12) yer alıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…