Azərbaycan Premyer Liqasının 2019-2020-ci il mövsümünə start verilib

16 Avqust 2019 21:22

Xəbər 543 dəfə oxunub

Avqustun 16-da futbol üzrə Azərbaycan Premyer Liqasının 2019-2020-ci il mövsümünə start verilib.Azərtac xəbər verir ki, 28-ci ölkə çempionatının “Dalğa Arena”da oynanılan açılış matçında sonuncu çempion “Qarabağ” komandası “Keşlə”nin qonağı olub. Görüş ağdamlıların minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu matçın 78-ci dəqiqəsində İsmayıl İbrahimli vurub.Xatırladaq ki, birinci tur çərçivəsində avqustun 17-də “Qəbələ” – “Sumqayıt” görüşü oynanılacaq. Avqustun 17-də “Səbail” və “Zirə”, bir gün sonra isə “Neftçi” və “Sabah” komandaları qarşılaşacaqlar.xeber100.com