Azərbaycan Premyer Liqasının 2020-2021-ci il mövsümünə yekun vurulacaq

19 May 2021 15:53

Xəbər 312 dəfə oxunub

Mayın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasının 2020-2021-ci il mövsümünə yekun vurulacaq.Azərtac xəbər verir ki, sonuncu – 28-ci turun görüşlərinin nəticələrinə əsasən çempion və digər mükafatçılar müəyyənləşəcək.Günün ilk üç matçı eyni vaxtda başlayacaq. Mövsümə çempionluq uğrunda mübarizə aparan iki komanda “Neftçi” – “Qarabağ” görüşü ilə yekun vurulacaq.Bürünc medala iddialı “Sumqayıt” klubu “Səbail”in qonağı olacaq. “Gənclik şəhəri” təmsilçisi 36 xalla dördüncü pillədə qərarlaşıb. Ayxan Abbasovun baş məşqçi olduğu komanda üçüncü yerdəki “Zirə”dən iki xal geridədir. “Səbail” isə 24 xalla yeddincidir.Komandalar indiyədək Premyer Liqada 13 dəfə üz-üzə gəliblər. Bu görüşlərin altısında qonaqlar, beşində paytaxt klubu qələbə qazanıb. Top fərqində də “Sumqayıt” üstündür – 14:12. Rəqiblər arasındakı son altı matçda ən azı iki qol vurulub. “Gənclik şəhəri” təmsilçisi son dörd oyunda meydanı qolsuz tərk etməyib.Bürünc medallara iddialı olan digər komanda “Zirə” səfərdə “Sabah” ilə qarşılaşacaq. Rəşad Sadıqovun baş məşqçi olduğu komanda hazırda 38 xalla üçüncü sıradadır. “Sabah” isə 26 xalla beşincidir. “Zirə” avrokuboklara vəsiqə verən üçüncü pillədəki yerini qorumaq üçün bu oyunda qalib gəlməlidir. “Qartallar”ın xal itirəcəkləri təqdirdə “Sumqayıt”ın qazana biləcəyi qələbə onun üçüncü yeri tutmasını təmin edəcək.Digər matçda Premyer Liqanın autsayderi “Keşlə” klubu “Qəbələ”ni qəbul edəcək. Əyalət təmsilçisi 26 xalla altıncı, paytaxt klubu ilə 23 xalla sonuncu – səkkizinci pillədə qərarlaşıb. Bu oyun sonuncu pillənin sahibinin adına aydınlıq gətirmək baxımından önəmlidir.Əvvəlki 50 qarşılaşmanın 18-də “Keşlə”, 14-də isə “Qəbələ” qələbə qazanıb. Top fərqində də meydan sahibləri aşkar üstündürlər – 65:50. “Qəbələ” son 6 qarşılaşmada yalnız bir dəfə qalib gəlib.Nəhayət, günün əsas oyununda “Neftçi” komandası “Qarabağ”la üz-üzə gələcək. Paytaxt təmsilçisi sonuncu tura qədər 56, Ağdam klubu isə 57 xal toplaya bilib. Flaqman çempionluq üçün mütləq qələbə qazanmalıdır, “köhlən atlar”a isə heç-heçə də sərf edir.Əzəli rəqiblər indiyədək ölkə çempionatlarında 82 dəfə üz-üzə gəliblər. Bunların 30-da “Qarabağ”, 22-də isə “Neftçi” qələbə qazanıb. Topların fərqində də əyalət təmsilçisinin üstünlüyü var – 92:75. Qurban Qurbanovun baş məşqçi olduğu komanda son üç oyunda rəqibinə qol vurub. “Neftçi” isə son üç səfər matçında uduzmayıb.Qeyd edək ki, “Səbail” – “Sumqayıt”, “Sabah” – “Zirə” və “Keşlə” – “Qəbələ” oyunları 18:00-da başlayacaq. Çempionun müəyyənləşəcəyi “Neftçi” – “Qarabağ” görüşü isə saat 20:30-da start götürəcək.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02