Ağdamın “Qarabağ” futbol klubu Azərbaycan Premyer Liqasının 2022/2023-cü il mövsümündə 50-ci qolunu vurub. Yubiley qol XIX turun “Turan Tovuz”la oyununa (3:2) təsadüf edib.
Peşəkar Futbol Liqası xəbər verir ki, qarşılaşmada komandasının ikinci qoluna imza atan Ramil Şeydayev yubiley qolunun müəllifi olub. Ağdam klubu 50 qol həddinə 19 matçda çatmaqla son 18 ilin rekorduna imza atıb.
Belə məhsuldarlığa sonuncu dəfə 2003/2004-cü il mövsümündə təsadüf olunub. “Qarabağ” 19 qarşılaşmada 51 qol vurub. Tovuzdakı oyunda qol sayını 51-ə çatdıran baş məşqçi Qurban Qurbanovun yetirmələri 19 il əvvəlki göstəricisini təkrarlayıb. Bu, klub tarixinin 19 tur üçün rekordudur.
Qeyd edək ki, ölkə çempionatları tarixində ilk 19 görüşdə ən çox qol vuran komanda “Kəpəz”dir. Gəncəlilər 1998/1999-cu il mövsümünün müvafiq hissəsində 66 qola imza atıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…