“Sabah” klubu Azərbaycan Premyer Liqasının 2022/2023-cü il mövsümündə ilk ev məğlubiyyətini alıb. Murad Musayevin baş məşqçisi olduğu komanda XXIII turda “Turan Tovuz”a 0:2 hesabı ilə uduzub. Bununla da Bakı klubunun Premyer Liqadakı məğlubiyyətsizliyi sona çatıb. “Sabah” həm ümumi, həm də ev matçlarındakı seriyasını davam etdirə bilməyib.
2022-ci il sentyabrın 11-də “Qarabağ”la səfər matçında 3:4 hesabı ilə uduzan paytaxt təmsilçisi ardıcıl 16 oyunda məğlubiyyətlə üzləşməyib. 161 gündən sonra xalsız qalan Bakı təmsilçisi bu müddətdə 12 qələbə qazanıb və 4 heç-heçə edib.
344 gün əvvələ təsadüf edən “Sabah”ın son ev məğlubiyyəti də “Qarabağ” tərəfindən olub. Ötən mövsüm – 2022-ci il martın 12-dəki görüşdə qonaqlar 1:0 hesablı qələbə qazanıblar. Ardınca 15 ev görüşündə uduzmayan paytaxt komandası 11 dəfə qalib gəlib, 4 dəfə sülhlə kifayətlənib.
“Turan Tovuz”a məğlubiyyət həm də Premyer Liqada 50-ci olub. Yüksək dəstədə 5-ci mövsümünü keçirən “Sabah” 127-ci görüşdə məğlubiyyət sayında 100-ü yarılayıb. Məğlubiyyətlərin 26-sı evdə, 24-ü səfərdə qeydə alınıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…