Azərbaycan Premyer Liqasının hakim təyinatları açıqlanıb

1 Oktyabr 2021 14:41

Xəbər 362 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasının VI turunun üç oyunu üçün hakim təyinatları açıqlanıb.Azərtac xəbər verir ki, bu gün keçiriləcək “Zirə” – “Sumqayıt” matçının baş hakimi Rauf Cabbarov olacaq. Oktyabrın 2-də “Keşlə” – “Sabah” qarşılaşmasını Rəşad Əhmədov, “Səbail” – “Neftçi” oyununu isə FIFA referisi Vüqar Həsənli idarə edəcəklər. Görüşlər müvafiq olaraq saat 19:30-da, 17:00-da və 19:15-də baş tutacaq.Turun digər görüşündə – oktyabrın 3-də “Qarabağ” öz meydanında “Qəbələ”ni qəbul edəcək.xeber100.com