Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci mükafatçısı bəlli olub. XXVII turda ilk “üçlük”də yerini təmin edən “Qarabağ”ın ardınca “Sabah”ın da mükafatçılar sırasında yer alacağı dəqiqləşib.
Peşəkar Futbol Liqası xəbər verir ki, “Qəbələ” ilə XXVIII turun görüşündəki 3:2 hesablı qələbə ilə Murad Musayevin baş məşqçisi olduğu komanda tarixinin ilk medalını təmin edib.
Bakı klubu ölkə çempionatları tarixində mükafatçılar sırasına düşən 19-cu komandadır. 1992-ci ildən təşkil olunan yarışda bunadək 18 iştirakçı üçlüyə düşüb.
“Neftçi” hamıdan çox – 20 dəfə bunu bacarıb. “Qarabağ” 17-ci medalını təmin edib. “Şamaxı” 9, “Kəpəz” 6, “Bakı”, “Şəmkir”, “Qəbələ” 5, “Xəzər Lənkəran”, “Turan” 4, Sumqayıt “Xəzər”i, “Xəzri”, “Karvan”, “Zirə” 2 dəfə medalçılar sırasında yer alıblar. “Sabah”adək daha beş komandanın bir uğuru var. Bunlar “Şüvəlan”, “Simurq”, “Viləş”, “Səbail” və “Sumqayıt”dır.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…