Futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turunun təqvimi açıqlanıb.Azərtac Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura aprelin 10-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu ilə start veriləcək. Oyun saat 16:00-da başlayacaq.Turun ikinci görüşü həmin gün “Bank Respublika Arena”da baş tutacaq. “Sabah” klubu öz meydanında “Səbail” komandasını qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək.Daha iki görüşü aprelin 11-də baş tutacaq. Zirə İdman Kompleksinin stadionunda “Zirə” komandası “Keşlə” klubunu qəbul edəcək. Hakimin start fiti saat 17:00-da səslənəcək.Turun son oyunu isə saat 19:15-də çempion “Qarabağ” və “Sumqayıt” komandaları arasında baş tutacaq.XII turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.İyirmi turdan sonra turnir cədvəlində iki liderlik hökm sürür. “Neftçi” və “Qarabağ” klubları 42 xalla ilk iki pillədə qərarlaşıblar. Otuz xalı olan “Zirə” üçüncü, 26 xalla “Sumqayıt” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq “Qəbələ” (23), “Səbail” (18), “Keşlə” (17) və “Sabah” (16) klubları qərarlaşıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…