Azərbaycan Premyer Liqasının VI turunda iki rekord qeydə alınıb. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, üç gün ərzində keçirilən 5 oyunu ümumilikdə 10950 tamaşaçı izləyib. Bu, mövsümün geridə qalan hissəsi üçün yeni rekorddur. Buna qədər ən yüksək göstərici 8700 seyrçinin izlədiyi IV tura təsadüf edib. Yeni rekorda son oyun günü səbəb olub. “Qarabağ” – “Sabah” matçını 4500, “Turan Tovuz” – “Qəbələ” görüşünü 4000 nəfər izləyib. Digər qarşılaşmalarda bu rəqəm aşağı olub. “Zirə” – “Sumqayıt” (500), “Kəpəz” – “Səbail” (1500) və “Araz-Naxçıvan” – “Neftçi” (450) oyunlarında ümumilikdə 2450 tamaşaçı olub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” – “Sabah” görüşündə də mövsümün rekordu gerçəkləşib. 4500 tamaşaçı toplayan oyun “Turan Tovuz” – “Səbail” matçını geridə qoyub. IV turun Tovuz şəhər stadionunda gerçəkləşən qarşılaşmasında 4300 seyrçi olub.
Qeyd edək ki, ümumilikdə 6 turun 29 matçını 42381 izləyici seyr edib. Orta göstərici 1461-ə bərabərdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…