AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Premyer Liqasının XI turunda qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Turan Tovuz”la oyunda (0:4) dörd futbolçusu sarı vərəqə alan “Kəpəz” klubu 700 manat cərimə edilib. Bundan başqa, “sarı-göylər”in analitiki İlkin Verdiyev hakimləri təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb, Gəncə təmsilçisi isə əlavə 4000 manat ziyana düşüb. Sınaq müddəti 3 ay təyin edilib.
“Sumqayıt” – “Qəbələ” oyununa (0:0) təcili tibbi yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə meydana sahibi klub 1000 manat cərimə ödəyəcək. Həmçinin, qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “gənclik şəhəri” təmsilçisi daha 800 manat cərimələnib.
“Neftçi” ilə matçda (1:0) 4 futbolçusu sarı vərəqə görən “Sabah” komandası 700 manat cərimə edilib. Görüşün 90+3-cü dəqiqəsində qonaq komandanın müdafiəçisi Yuri Matias ikinci sarı vərəqədən “qırmızı” aldığına görə 1 oyun cəzalanıb, klubunu isə 500 manat xərcə salıb. Bundan başqa, oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” əlavə 800 manat cərimələnib.
“Araz-Naxçıvan” – “Qarabağ” oyununda meydan sahiblərinin 5, qonaqların isə 6 futbolçusu sarı vərəqə aldığına görə komandaların hərəsi 700 manat məbləğində cərimə edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…