Dekabrın 23-də futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunun oyunları üçün bütün təyinatlar müəyyənləşib.Azərtac Peşəkar Futbol Federasiyasının saytına (PFL) istinadla xəbər verir ki, turun bütün görüşləri bir gün – dekabrın 24-də baş tutacaq. Üç qarşılaşma eyni saatda – 16:00-da başlayacaq. “ASCO Arena”da keçiriləcək “Səbail” – “Qəbələ” oyununu Əliyar Ağayev idarə edəcək. “Sumqayıt” – “Sabah” matçının baş hakimi İnqilab Məmmədov olacaq. Görüş “Kapital Bank Arena”da stadionunda oynanılacaq. Son çempion “Qarabağ” klubu “Azersun Arena”da “Zirə” komandasını qəbul edəcək. Həmin görüşdə baş hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.Tura “Neftçi” – “Keşlə” oyunu ilə yekun vurulacaq. Elçin Məsiyevin idarə edəcəyi qarşılaşma saat 18:00-da start götürəcək.Qeyd edək ki, 12 turdan sonra turnir cədvəlinə 21 xalla “Neftçi” klubu başçılıq edir. Aktivində 20 xalı olan “Qarabağ” və “Zirə” ikinci və üçüncü yerləri bölüşür, 16 xalı olan “Sumqayıt” isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Səbail” (13), “Keşlə” (13), “Qəbələ” (12) və “Sabah” (10) yer alıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…