Futbol üzrə Azərbaycan Premyer Liqasının XV turunun oyun cədvəli açıqlanıb.Peşəkar Futbol Liqasının (PFL) saytı xəbər verir ki, iki günü əhatə edəcək tura fevralın 7-də “Keşlə” – “Zirə” oyunu ilə start veriləcək. “ASK Arena” stadionunda oynanılacaq görüş saat 16:00-da başlayacaq.Turun ikinci görüşü “Bakcell Arena”da oynanılacaq. Mərkəzi qarşılaşmada “Neftçi” klubu lider “Qarabağ” komandasını qəbul edəcək.Fevralın 8-də ikinci oyun günündə iki qarşılaşma baş tutacaq. “Qəbələ” klubu səfərdə “Sabah” komandasının qonağı olacaq. “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.Turun son oyunu isə “ASCO Arena”da saat 19:15-də “Səbail” və “Sumqayıt” komandaları arasında baş tutacaq.Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.On dörd turdan sonra turnir cədvəlinə 33 xalla “Qarabağ” klubu başçılıq edir. İyirmi altı xal toplayan olan “Qəbələ” ikinci, 22 xalları olan “Neftçi” və “Zirə” klubları isə 3-4-cü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq “Sabah” (17), “Keşlə” (14), “Sumqayıt” (12) və “Səbail” (10) klubları qərarlaşıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…