Fevralın 27-də futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunun təqvimi müəyyənləşib.Azərtac xəbər verir ki, iki günü əhatə edəcək tura martın 8-də “Qəbələ” – “Sumqayıt” oyunu ilə start veriləcək. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.Günün ikinci görüşündə “Neftçi” doğma meydanda “Sabah”ı qəbul edəcək. “Bakcell Arena” stadionunda təşkil olunacaq qarşılaşma saat 18:00-da start götürəcək.Turun üçüncü oyunu martın 9-da “ASCO Arena”da “Səbail” və “Zirə” komandaları arasında olacaq. Matç saat 16:00-da başlayacaq.Premyer Liqanın XX turuna həmin gün saat 18:00-da başlayacaq “Keşlə”-“Qarabağ” matçı ilə yekun vurulacaq. Görüş “ASK Arena”da oynanılacaq.Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.Qeyd edək ki, 18 turdan sonra turnir cədvəlinə 41 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 33 xal olan “Neftçi” ikinci, 29 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (22), “Zirə” (20), “Sabah” (20), “Səbail” (19) və “Qəbələ” (13) yer alıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…