Futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turunun oyun cədvəli müəyyənləşib.Azərtac xəbər verir ki, iki günü əhatə edəcək tura aprelin 14-də start veriləcək. İlk oyun günündə “Qarabağ” səfərdə “Kəpəz”in qonağı olacaq. Günün digər qarşılaşmasında isə “Zirə” və “Neftçi” klubları üz-üzə gələcəklər.Turun ikinci gününün ilk qarşılaşmasında “Sumqayıt” doğma meydanda “Keşlə” klubunu qəbul edəcək. Turun sonuncu matçında isə “Qəbələ” və “Səbail” klubları qarşılaşacaqlar.Qeyd edək ki, turnir cədvəlinə 53 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 41 xalla ikinci, “Sumqayıt” 36 xalla üçüncü, “Zirə” 35 xalla dördüncü, “Neftçi” 31 xalla beşinci yeri tutur. Sonrakı yerlərdə “Səbail” (18 xal), “Keşlə” (18 xal) və “Kəpəz” (12 xal) qərarlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…