Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində

17 Aprel 2018 12:40

Xəbər 1128 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində keçiriləcək oyunların vaxtları müəyyənləşib.Azərtac xəbər verir ki, iki günü əhatə edəcək tura aprelin 21-də start veriləcək. İlk oyun günündə “Zirə” səfərdə “Keşlə”nin qonağı olacaq. Günün digər qarşılaşmasında isə “Sumqayıt” və “Qarabağ” klubları üz-üzə gələcəklər.Turun ikinci gününün ilk qarşılaşmasında “Səbail” doğma meydanda “Kəpəz” klubunu qəbul edəcək. Turun sonuncu matçında isə “Neftçi” və “Qəbələ” klubları qarşılaşacaqlar.Qeyd edək ki, hazırda turnir cədvəlinə 56 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 42 xalla ikinci, “Sumqayıt” 39 xalla üçüncü, “Zirə” 35 xalla dördüncü, “Neftçi” 34 xalla beşinci yeri tutur. Sonrakı yerlərdə “Səbail” (19 xal), “Keşlə” (18 xal) və “Kəpəz” (12 xal) qərarlaşıb.xeber100.com