Azərbaycan Premyer Liqasının XXVI turunda

10 May 2021 13:47

Xəbər 371 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXVI turunda “Səbail”ə 4:0 hesabı ilə qalib gələn “Neftçi” mövsümdə 5-ci böyükhesablı qələbəsini qazanıb.Azərtac Peşəkar Futbol Liqasının saytına (PFL) istinadla xəbər verir ki, bu, Bakı klubu üçün son 10 ildə rekord göstəricidir. Paytaxt təmsilçisi 2010-2011-ci il mövsümündən sonra bu qədər böyükhesablı qələbə qazanmamışdı. Həmin il “Ağ-qaralar” rəqiblərinə 6 dəfə üç və ya daha çox top fərqi ilə qalib gəlib.Bakılıların mütləq rekordu isə 1992-ci ildə qeydə alınıb. Həmin vaxt komanda 14 böyükhesablı qələbə qazanmışdı.Qeyd edək ki, “Neftçi” cari mövsümdə “Qəbələ” (4:1), “Zirə” (4:0) və “Keşlə”ni (3:0) bir, “Səbail”I isə iki (4:0, 4:0) dəfə böyük hesabla üstələyib.xeber100.com