Azərbaycan – Qazaxıstan oyununda hesab açılıb

25 Sentyabr 2022 15:20

Xəbər 366 dəfə oxunub

UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən Azərbaycan – Qazaxıstan oyununda hesab açılıb.”Dalğa Arena”da oynanılan qarşılaşmanın 67-ci dəqiqəsində qazaxıstanlı futbolçu Aleksandr Maroçkin avtoqolla yadda qalıb – 1:0.Hazırda 13 xalı olan Qazaxıstan millisi B Liqası və pley-offa vəsiqəni təmin edib. Azərbaycan seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.Qeyd edək ki, qrupun digər oyununda Belarus millisi Slovakiya yığmasının qonağıdır. Hazırda Belarus seçməsi 1:0 hesabı ilə öndədir.xeber100.com