Azərbaycan Qılıncoynatma Federasiyasının məlumatı

2 Dekabr 2019 13:39

Xəbər 524 dəfə oxunub

Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yeniyetmələr arasında ölkə birinciliyinə yekun vurulub.Azərtac xəbər verir ki, Azərbaycan Qılıncoynatma Federasiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi turnirdə oğlanlar və qızlar arasında üç növ üzrə yarışların qalibləri müəyyənləşib. Oğlanlar arasında sablyada Saleh Məmmədov, şpaqada Elçin Daşdəmirov və rapirada Ziya Yolçuzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qızların mübarizəsində isə sablyada Zərifə Hüseynova, şpaqada Nazilə Rəhimova və rapirada Röya Ağayeva birinci olublar.Mükafatçılar diplom və medallarla təltif ediliblər.xeber100.com