Azərbaycan Qılıncoynatma Federasiyasının məlumatı əsasında…

6 Mart 2022 13:02

Xəbər 449 dəfə oxunub

Serbiyanın Novi Sad şəhərində keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa birinciliyində yeniyetmə sablyaçımız Zərifə Hüseynova uğurlu çıxış edib.Azərbaycan Qılıncoynatma Federasiyasından bildiriblər ki, qrup mərhələsini 4 qələbə ilə bitirən Zərifə Hüseynova uğurlu çıxışın davamını pley-offda da gətirib.İlk pley-off görüşündə Yunanıstan təmsilçisi Konstantina Kefalanı 15:10 hesabı ilə məğlub edən Zərifə ən güclü 8 idmançı sırasına yüksəlmək uğrunda keçirilən qarşılaşmada macar Emese Domonkosa 4:15 hesabı ilə uduzub.Zərifə Hüseynova yekun sıralamada 12-ci olub.xeber100.com