Azərbaycan Qılıncoynatma Federasiyasının məlumatına görə…

30 Yanvar 2022 15:16

Xəbər 392 dəfə oxunub

Sablya üzrə qadınlardan ibarət komandamız dünya kubokunun finalına yüksəlib.Azərbaycan Qılıncoynatma Federasiyasının məlumatına görə, Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət kollektiv Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında finala yüksəlib. Komandamız yarımfinalda Bolqarıstan millisini 45:32 hesabı ilə məğlub edib.Qılıncoynadanlarımız finalda Fransa seçmə kollektivi ilə qarşılaşacaq.xeber100.com