Azərbaycan Qılıncoynatma Federasiyasının məlumatına görə…

8 May 2022 18:34

Xəbər 396 dəfə oxunub

Mayın 8-də Tunisin Hammamet şəhərində qılıncoynatmanın sablya növü üzrə qadınların dünya kubokunda komanda yarışına yekun vurulub.Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət kollektiv ilk görüşdə Özbəkistan komandasına 45:32 hesabı ilə qalib gələrək ən güclü 16-lığa yüksəlib. Növbəti görüşündə İspaniyanı təmsil edən seçmə kollektivlə qarşılaşan qadın sablyaçılarımız güclü rəqiblə gərgin və maraqlı mübarizə şəraitində keçən görüşü 45:44 hesablı qələbə ilə başa vurub.Komandamız yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Fransa yığmasına 34:45 hesabı ilə uduzub.Beş və altıncı yerlər uğrunda keçirilən görüşlərdə Bolqarıstan komandasına 45:37 hesabı ilə qalib gələn sablyaçılarımız ardınca Polşa yığmasını 45:42 hesabı ilə məğlub edərək dünya kubokunda 5-ci olub.xeber100.com