Dekabrın 10-11-də Bakı Gənclər Evində qol güləşi üzrə ölkə kuboku yarışı və Azərbaycan Qol Güləşi Federasiyasının (AQGF) 2022-ci ilin yekunlarına dair hesabat xarakterli tədbiri keçiriləcək.AQGF-dən bildiriblər ki, federasiya rəhbərliyi ölkənin bütün şəhər, rayon və regionlarında fəaliyyət göstərən 40-a yaxın nümayəndəlik rəhbərlərini, məşqçiləri və idmançıları bu yarışda ən fəal şəkildə iştirak etməyə çağırıb.Yarışda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər, eləcə də veteran və əlil idmançılar da iştirak edəcəklər. Ölkə kubokunda 13 çəki dərəcəsi üzrə keçiriləcək yarışlarda iki qolda ümumilikdə 78 idmançı medallar uğrunda mübarizə aparacaq.Qaliblər “Iron Maxx Azərbaycan” şirkətinin sponsorluğu ilə AQGF-in prezidenti Cəsarət Əhmədov tərəfindən idman qida əlavələri ilə mükafatlandırılacaqlar. Həmçinin idmançılara “Iron Maxx” idman köynəkləri hədiyyə olunacaq.İlin yekun nəticələrinə əsasən, ən məhsuldar fəaliyyət göstərən nümayəndələr və məşqçilər fəxri fərman və pul mükafatı ilə təltif olunacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…