Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinə start verilib.ARAF-dan Azərtac-a bildiriblər ki, səkkizinci dəfə təşkil olunan turnirdə bu dəfə yalnız DNT təhlili vasitəsilə valideyn mənsubiyyəti müəyyən olunmuş milli cins atlardan istifadəyə icazə verilir. Bu şərtlərə əməl edən altı komandanın iştirakı ilə keçiriləcək yarışlarda ümumilikdə 10 qarşılaşma oynanılacaq.Püşkatmanın nəticələrinə əsasən, üç güc səbətindən eyni reytinqə sahib olan komandalar iki qrupa ayrılıb. A qrupunda “Sərhədçi”, “Buta Qolden” və “Köhlən”, B qrupunda isə “Polad”, “Murad” və “Omar” komandaları yer alıblar.Turnirin açılış gününün ilk oyununda “Buta Qolden” komandası “Köhlən” komandası üzərində 9:0 hesablı qələbə qazanıb. İkinci görüşdə “Murad” komandası “Omar”ı 2:1 hesabı ilə məğlub edib.Yarış dekabrın 18-dən 20-dək qrup oyunları, 22-dən 24-dək isə yarımfinal və final mərhələləri ilə davam edəcək. Qrup və yarımfinal oyunları Bakı Dövlət Cıdır Meydanında, final oyunu isə Binə Atçılıq Mərkəzində açıq havada və tamaşaçıların iştirakı olmadan keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…