Gələcək plana görə, Bakının mərkəzindəki ali təhsil müəssisələrinin paytaxtdan çıxarılması nəzərdə tutulub. Bu siyahıya Dövlət Tibb Universiteti, Pedaqoji Universitet, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, İqtisad Universiteti və digərləri aiddir. Dövlət Neft Akademiyasının da köçürülməsi planda olsa da, yeri məlum deyil. İddialara görə, universitetlərdən bəziləri şəhər kənarına, bəziləri isə Qəbələyə köçürüləcək, BDU isə Bakıda qalacaq. Hökumət ali məktəbləri Qəbələyə köçürməklə paytaxtdakı sıxlığı aradan qaldırmaq istəyir. Xatırladaq ki, dünyanın böyük meqapolislərində ali təhsil müəsisələri paytaxtın mərkəzində yerləşmir. Bu, həm tələbələrin mikromühitinin formalaşması, həm də şəhərin sıxlığının azalması baxımından əhəmiyyətli sayılır. Təhsil Nazirliyinin məlumatına görə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda kampusların yaradılması tədbirlərinin təşviqi nəzərdə tutulur. Hazırda Dövlət Strategiyasının icrası ilə əlaqədar Fəaliyyət Planı hazırlanır. Fəaliyyət Planı təsdiq olunduqdan sonra nəzərdə tutulan tədbirlərin icrasına başlanılacaqdır”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…