Azərbaycan Respublikasının Prezidenti, Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin anadan olduğu gündür, 60 yaşı tamam olur…
İlham Əliyev 24 dekabr 1961-ci ildə Bakı şəhərində anadan olub. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb.1982-1985-ci illərdə həmin institutun aspiranturasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.1991-1994-cü illər ərzində bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub.1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunub15 oktyabr 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilib.2008-ci ildə ikinci dəfə, 2013-cü ildə növbəti dəfə, 2018-ci ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz dinamik inkişaf dövrünə qədəm qoymuş, bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yolunda qəti addımlarla irəliləməkdədir. Bu illər ərzində Azərbaycan beynəlxalq reytinqlərdə yüksək yerlərə qalxdı. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davos İqtisadi Forumu Azərbaycanda aparılan islahatlara yüksək qiymət verdi, Davos Forumunun “İnklüziv inkişaf indeksi” adlı illik hesabatında (2017) ölkəmiz inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəldi. Ən önəmlisi isə 30 ildir işğal altında qalan Dağlıq Qarabağ torpaqları uğrunda gedən mübarizəyə son verildi, torpaqlarımız Ali Baş Komandanın əmri, güclü iradəsi və siyasi gücüylə, Azərbaycan Ordusunun şücaəti nəticəsində 44 günlük müharibədə qələbə qaznararq dünya ölkələrinə örnək müharibə nümunəsi göstərdi. Bütün bunlar hamısı İlham Əlieyevin prezidentliyi dövründə gördüyü işlərin sadəcə bir qismidir. Qarşıda onun qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycanımızın necə bir inkişaf yolunu keçəcəyinin də şahidi olacağıq. Ölkə Prezidentinin bütün sahələri əhatə edən, dövlətimizin daha da möhkəmləndirilməsi, xalqımızın rifahının təmin edilməsi istiqamətində həyata keçirdiyi islahatlar öz müsbət və səmərəli nəticələrini verməkdədir. Və görüləcək işlər, həyata keçiriləcək layihələr hələ qarşıdadır.Bütün bunlar bir daha sübut edir ki, İlham Əliyev düşünülmüş və məqsədyönlü siyasətlə Azərbaycanın hər sahədə inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədləri vaxtında və yüksək səviyyədə yerinə yetirməkdədir.
İlham Əliyev tarix yazır və illər keçəcək tarix onu yazmaqda davam edəcək. Onun uzaqgörən siyasi, sərkərdəlik məharəti, qorxmazlığı, cəsarəti nəsildən nəslə keçəcək, dillərdə dastan olacaq…
Ali Baş Komandanımız! Sizi yubiley yaşınız münasibətilə bütün sevgimizlə, səmimiyyətimizlə təbrik edir, can sağlığı, uzun ömürlər arzulayır və “Azərbaycan xalqı daima sizinlədir və sizinlə qürur duyur” deyirik!
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…