Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi yığıncağı keçirilib.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, tədbirdə 2019-cu ilin birinci yarısının yekunları ilə bağlı hesabat verilib. Bildirilib ki, cari ilin yanvar-iyun aylarında İşgüzar Şura tərəfindən “Qida məhsulları və kənd təsərrüfatı”, “Sertifikasiya və gömrük prosedurları”, “Logistika” komissiyalarının ümumilikdə 6 iclası keçirilib. Bu iclaslarda sahibkarlar üçün bir sıra aktual məsələlərə dair Azərbaycan və Rusiya dövlət qurumları ilə birgə iş aparılıb.Bundan əlavə, hesabat dövründə Rusiya-Azərbaycan İşgüzar Şurası, “İşgüzar Rusiya”, Rusiya İxrac Mərkəzi və digər tərəfdaş təşkilatlarla birgə tədbirlər təşkil olunub. Azərbaycan-Rusiya İşgüzar Şurası “Azərbaycan Respublikası investisiya layihələrinin həyata keçirilməsi yolunda: “Qazprombank”ın imkanları” mövzusunda biznes seminarın, həmçinin Rusiyanın sənaye müəssisələrinin biznes missiyasının həmtəşkilatçısı və Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində iki ölkənin iş adamları arasında təşkil olunmuş Azərbaycan-Rusiya biznes dialoqunun təşkilatçısı kimi çıxış edib.İclasda cari ilin ikinci yarısı üçün qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb, işgüzar şuranın sənaye, kənd təsərrüfatı və tikinti sahəsi ilə yanaşı, turizm, maliyyə, IT və iqtisadiyyatın digər sahələrində fəaliyyətinin genişləndirilməsi istiqamətində atılacaq addımlar, həyata keçiriləcək tədbirlər diqqətə çatdırılıb.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…