Azərbaycan Şahmat Federasiyasının mənzil qərargahında rapid və blits üzrə ölkə çempionatlarına start verilib.Çempionatda 36 şahmatçı iştirak edir. Onlardan 22-si kişi, 14-ü isə qadınların turnirində gücünü sınayacaq.Ölkə birinciliyi dekabrın 25-30-da Qazaxıstanda təşkil olunacaq rapid və blits üzrə dünya çempionatlarına seçim xarakteri daşıyır.Yarışda Rauf Məmmədov, Nicat Abbasov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, bu il 20 yaşadək şahmatçılar arasında dünya çempionu adını qazanmış Abdulla Qədimbəyli və Gövhər Beydullayeva kimi ölkənin aparıcı şahmatçıları iştirak edirlər.İki gün davam edəcək 9 turluq rapid yarışından sonra şahmatçılar daha bir gün blits oynayacaq və sonda iki turnirin nəticələrinə uyğun olaraq Azərbaycan çempionlarının adları müəyyən olunacaq.Qeyd edək ki, hər iki turnirin ümumi mükafat fondu 8 min manat təşkil edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…