Azərbaycan Şahmat Federasiyası: Şahmat üzrə Avropa çempionatı başa çatıb

22 May 2023 15:06

Xəbər 290 dəfə oxunub

Albaniyada keçirilən məktəblilər arasında şahmat üzrə Avropa çempionatı başa çatıb.

Azərbaycan Şahmat Federasiyası xəbər verir ki, 25 ölkədən 208 şahmatçının iştirak etdiyi qitə birinciliyində təmsilçilərimiz beş medal qazanıblar.

Şahmatçılarımız iki qızıl, iki gümüş və bir bürünc medala layiq görülüb. Bununla komandamız medal sıralamasında üçüncü yeri tutub.

On yeddi yaşadək oğlanların yarışında Aqil İsrailov və 9 yaşadək oğlanların mübarizəsində Yasin Əzimov çempionatın qızıl medalına sahib çıxıblar. On üç yaşadək olan kateqoriyada Səadət Bəşirli qızların, Mirsaleh Seyidli isə oğlanların yarışında gümüş mükafat qazanıb. On beş yaşadək qızlar kateqoriyasında çıxış edən Nurtən Nuriyeva bürünc medalla mükafatlandırılıb.xeber100.com