Azərbaycan Şahmat Federasiyası: Şahmatçılar arasında Avropa çempionatı keçirilib

14 Mart 2023 14:31

Xəbər 322 dəfə oxunub

Serbiyanın Vrnyaçka Banya şəhərində kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı keçirilib.

Azərbaycan Şahmat Federasiyası xəbər verir ki, şahmatçılarımızdan Nicat Abasov 11 oyundan 7,5 xal toplamaqla 17-ci yeri tutub. Bu nəticə ilə N.Abasov dünya kuboku yarışlarına vəsiqə əldə edib.

Digər təmsilçimiz Əhməd Xaqan reytinqini artıraraq FIDE ustası titulunun normativini yerinə yetirib.xeber100.com