Azərbaycan Şahmat Federasiyasının məlumatına görə…

26 Noyabr 2022 17:58

Xəbər 436 dəfə oxunub

Birləşmiş Ərəb Əmirliklərinin Fujairah şəhərində 64-cü şahmat bəstəçiliyi konqresi keçirilib.Azərbaycan Şahmat Federasiyasından  bildiriblər ki, gündəlikdə 45-ci şahmat həlletməsi üzrə dünya çempionatı, çoxsaylı həlletmə və tərtib yarışları, Beynəlxalq Şahmat Bəstəçiliyi Federasiyasının (WFCC World Federation for Chess Composition) iclasları və təşkilata yeni prezident seçkiləri baş tutub.WFCC-nin qərarı ilə ölkəmizin nümayəndəsi Elmar Abdullayevə şahmat bəstəçiliyinin üçgedişli bölməsi üzrə beynəlxalq hakim titulu verilib.Qeyd edək ki, 36 yaşı olan E.Abdullayev Şirvan şahmat məktəbinin yetirməsidir. O, Azərbaycanla yanaşı, Gürcüstan, Mərakeş və Rumıniyada ümumilikdə 7 yarışda hakimlik edib. E.Abdullayev bu adı qazanan üçüncü nümayəndəmizdir.Xatırladaq ki, bu titula 2009-cu ildə İlham Əliyev (etüd bölməsində), 2016-cı ildə isə Kənan Vəlixanov (yardımmat bölməsində) layiq görülüblər.xeber100.com