Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Zaqatala Olimpiya İdman Kompleksində keçirilən 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına yekun vurulub.Federasiyadan bildiriblər ki, Olimpiadada yarışlar iki yaş kateqoriyası üzrə A qrupu (12-16) və B (12 yaşadək) qruplarında təşkil edilib.Olimpiadanın A qrupunda mübarizə aparan Şəki şahmatçısı İslam Hacıəliyev 11 oyundan 9,5 xal toplayaraq birinci yerin sahibi olub. 2-3-cü yerləri Sumqayıt şahmatçıları Əli Həsənov ( 9 xal) və Musa Taklavi (8.5 xal) tutublar. Amin Novruz Qurbanov və Rüstəm Rüstəmov hərəyə 8,5 xal toplayaraq müvafiq olaraq 4-5-ci pillədə qərarlaşıblar.B qrupunda çempion adını 9,5 xal toplayan Murad Rzayev qazanıb. Şəmsəddin Mehdiyev (Balakən) 9 xalla ikinci, onunla eyni xal toplayan Cavad Xəlilzadə (Bakı) isə üçüncü olub.Suat İbrahimli, Yusif Babayev, Əsnad Baxşızadə və Mikayıl Şirinov 9 xalla əlavə göstəricilə görə 4-7-ci yerləri bölüşdürüblər.Eyni zamanda komanda hesabında A qrupunda birinci yeri Sumqayıt komandası tutub. 3 nömrəli UGİŞM ikinci, Gəncə komandası isə üçüncü olublar. B qrupunda isə RŞM yarışı birinci, 4 nömrəli UGİŞM ikinci, Vüqar Həşimov komandası isə üçüncü pillədə başa vurublar.Qeyd edək ki, Olimpiadada ölkənin bütün şəhər və rayonlarının, eləcə də şahmat məktəbləri, klubları və idman cəmiyyətlərinin 16 yaşadək oğlan və qız şahmatçıları iştirak ediblər. Ümumilikdə turnirdə 503 yeniyetmə mübarizə aparıb. İsveçrə sistemi üzrə 11 turdan ibarət yarış şəxsi-komanda xarakteri daşıyıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…