Azərbaycan şahmatçılarının da qatıldığı Aqzamov memorialı başa çatıb

23 Avqust 2021 14:23

Xəbər 367 dəfə oxunub

Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan şahmatçılarının da qatıldığı Aqzamov memorialı başa çatıb.Azərtac xəbər verir ki, yarışın güclü A turnirində iştirak edən şahmatçımız Misrətdin İsgəndərov 6,5 xalla yeddinci yeri tutub.Digər təmsilçilərimiz Məhəmməd Muradlı və Vüqar Rəsulov 5 xalla müvafiq olaraq 25-ci və 29-cu pillədə qərarlaşıblar.Yarış İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub.xeber100.com