Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir

16 İyul 2021 10:38

Xəbər 375 dəfə oxunub

Rusiyanın Soçi şəhərində Azərbaycan şahmatçılarının da qatıldığı dünya kuboku yarışları davam edir.Azərtac xəbər verir ki, bu gün şahmatçılarımız cavab oyunlarında iştirak eəcəklər. Belə ki, altmış dörddəbir finalda şahmatçılarımız Şəhriyar Məmmədyarov braziliyalı Krikor Sevaq Mexitaryan, Nicat Abasov ermənistanlı Şant Sarqsyan, Vasif Durarbəyli rusiyalı Aleksandr Predke ilə yenidən üz-üzə gələcəklər. Otuz ikidəbir finalda isə qadın şahmatçılarımız Günay Məmmədzadə sloveniyalı Laura Unuk, Gülnar Məmmədova isə gürcüstanlı Lela Javakişvili ilə qarşlaşacaq.Qeyd edək ki, təmsilçilərimizin rəqibləri ilə birinci görüşləri heç-heçə ilə başa çatıb.Xatırladaq ki, dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.xeber100.com