Azərbaycan şahmatçısı Teymur Rəcəbovun iddiaçılar turnirindəki görüşlərinin təqvimi açıqlanıb.Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinin məlumatına görə, qrosmeysterimizin iki tur – iyunun 22-də keçirilən 5-ci və iyulun 1-də təşkil ediləcək 12-ci turlar istisna olmaqla, digər görüşlərdə rəqibləri müəyyənləşib. Belə ki, iyunun 1-də ağ fiqurlarla Fransa təmsilçisi Alireza Firuzcaya qarşı oynayacaq şahmatçımız, sonrakı görüşlərində – iyunun 17-də Hikaru Nakamura (ABŞ), 19-da Yan Nepomnyaşi (FIDE), 21-də Yan-Kşiştof Duda (Polşa), 23-də Riçard Rapport (Macarıstan), 25-də Fabiano Karuana (ABŞ), 26-da A.Firuzca, ertəsi gün H.Nakamura, 29-da Y.Nepomnyaşi, 30-da Y.Duda, iyulun 3-də F.Karuana, nəhayət ertəsi gün Riçard Rapport (Macarıstan) ilə qarşılaşacaq.Qeyd edək ki, iddiaçılar turniri iyunun 16-dan iyulun 7-dək İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…