Azərbaycan – Slovakiya oyunu üçün hakim təyinatları açıqlanıb

9 İyun 2019 10:07

Xəbər 768 dəfə oxunub

Avro-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – Slovakiya oyunu üçün hakim təyinatları açıqlanıb.Milli.az xəbər verir ki, matçı Şotlandiya Futbol Federasiyasından Con Biton idarə edəcək. Ona Alan Malvenni və Sin Karr köməklik edəcək. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.Qeyd edək ki, Azərbaycan – Slovakiya görüşü iyunun 11-i saat 20:00-da başlayacaq.xeber100.com