Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Sara Sultanovanın xatirəsinə həsr olunan stolüstü tennis turnir başa çatıb.Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, yarışda veteran idmançılar bacarıqlarını göstəriblər. Turnirin yekun nəticələrinə görə, qadınların mübarizəsində Billurə Eminova qalib gəlib. Rüfət Əliyeva 2-ci, Xəyalə Qiyasova 3-cü yerləri tutublar.Zaur Mikayılov 40-49 yaşlı kişilərin turnirində qələbə qazanıb. Məzahir Həsənov 50-59, İlham Ağayev 60 və yuxarı yaş qrupunda qalib olublar. Qoşaların turnirində isə Rəhim Hüseynov – Əli Heydəri tandemi qələbə qazanıb.Yarışın qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılıblar.Qeyd edək ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən turnirin əsas məqsədi veteran idmançıların sağlamlığının möhkəmləndirilməsi, fəal həyata cəlb edilməsi, idman ustalığının qorunub saxlanılması və stolüstü tennisin geniş kütlə arasında təbliğidir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…