Yeniyetmə və gənc stolüstü tennisçiləri qarşıda ciddi sınaq gözləyir.Azərbaycan Stolüstü Tennis Federasiyasından bildiriblər ki, seçmə komanda iyulun 6-dan 15-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatında mübarizə aparacaq. Mötəbər yarışa hazırlıq məqsədilə növbəti təlim-məşq toplanışı Xaçmaz Olimpiya Kompleksində təşkil olunub. Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə iyunun 26-dək keçiriləcək hazırlıq prosesində Ləman Abdulhəmidova, Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Hacımurad Məmmədbəyov, Toğrul Məhəmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə iştirak edir.Xatırladaq ki, bu, Avropa çempionatına hazırlıq məqsədilə təşkil olunan 3-cü təlim-məşq toplanışıdır. Yeniyetmə və gənc stolüstü tennisçilər bundan əvvəl Qax Olimpiya İdman Kompleksi və Türkiyənin Yalova şəhərində keçirilən hazırlıq prosesində də bir araya gəlmişdilər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…