Sentyabrın 19-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində stolüstü tennis üzrə “Vit youth contender Tbilisi” turnirinə start veriləcək.Azərbaycan Stolüstü Tennis Federasiyasından bildiriblər ki, yeniyetmələrdən ibarət Azərbaycan millisi bu yarışda həm oğlanların, həm də qızların turnirində təmsil olunacaq. Oğlanların sentyabrın 19-dan 21-dək keçiriləcək yarışında böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə bacarıqlarını nümayiş etdirəcəklər.Məşqçilər Elnur Hidayətzadə və Gülnarə İbrahimovanın rəhbərlik etdiyi qızlardan ibarət komanda isə sentyabrın 23-dən 25-dək davam edəcək turnirdə qüvvəsini sınayacaq. Qızların mübarizəsində Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli etimadı doğrultmağa çalışacaq.Yarışda ədaləti beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılovla Xəyalə Qiyasova qoruyacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…