Azərbaycan Super Liqasının birinci turu çərçivəsində

21 Dekabr 2019 14:49

Xəbər 504 dəfə oxunub

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının birinci turu çərçivəsində “Mübariz” və “Murov” komandaları üz-üzə gəliblər.Azərtac xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində keçirilən qarşılaşmada debütant – “Mübariz” qalib gəlib.İlk setdə 25:18 hesabı ilə qələbə qazanan “Mübariz” ikinci hissəni də aktivinə yazıb – 25:23. Ardınca “Murov” 25:18 hesabı ilə üstün olaraq, fərqi azaldıb – 1:2. Dördüncü hissədə 25:21 hesabı ilə qələbə qazanan “Mübariz” yekun nəticəni müəyyənləşdirib – 3:1.Qeyd edək ki, ilk turun birinci matçında “Azərreyl” “Abşeron”u 3:1 hesabı ilə üstələyib.xeber100.com