Azərbaycan Taekvondo Federasiyası: Belçika çempionatı başa çatıb

20 Mart 2023 12:04

Xəbər 315 dəfə oxunub

Lommel şəhərində keçirilən taekvondo üzrə açıq Belçika çempionatı başa çatıb.

Azərbaycan Taekvondo Federasiyası xəbər verir ki, G2 kateqoriyalı yarışı millimiz 1 gümüş və 2 bürünc medalla başa vurub.

Yığmanın heyətində Səyyad Dadaşov (54 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Digər taekvondoçularımızdan Qaşım Maqomedov (58 kq) və Patimat Abakarova (53 kq) isə bürünc medala sahib olublar.xeber100.com