Azərbaycan Texniki Universiteti (AzTU) Ermənistanın hərbi təxribatına qarşı bəyanat yayıb.Bu barədə Azərtac-a AzTU-dan məlumat verilib.Bəyanatda deyilir: “Sentyabrın 27-də saat 06:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.Nəticədə mülki əhali arasında həlak olan və yaralananlar var.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı Ermənistanın təxribatlarını sərt şəkildə pisləyirik.Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən haqq mübarizəsində Azərbaycan dövlətinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının və Ordumuzun yanında olduğumuzu bəyan edirik. Hazırda cəbhədə gedən döyüşlərdə ordumuzun zəfərindən qürur duyuruq, əsgərlərimizlə fəxr edirik.Bildirmək istəyirik ki, şəhid və Milli Qəhrəman məzunlarının sayına görə öndə olan AzTU Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Hər bir məzunumuz Silahlı Qüvvələrin Ali Baş Komandanının bu sözlərini əsas götürərək istənilən an döyüşə hazırdır: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…