“Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Texniki Universitetində (AzTU) tanınmış ictimai şəxslər və nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət İctimai Şura yaradılıb. AzTU-dan Azərtac-a bildirilib ki, şura AzTU-da ictimai iştirakçılığın gücləndirilməsi, şəffaflığın artırılması, proseslərin daha düzgün, obyektiv qiymətləndirilməsi, gələcəkdə ümumi işin keyfiyyətinin artırılması, təkmilləşdirilməsi, təhsil sistemində daha uğurlu islahatlara nail olunması, universitet ilə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin təşkili, hüquqların müdafiə olunması, idarəetmə formalarının inkişafına şərait yaradılması və təkliflərin verilməsi məqsədilə yaradılıb. Elmi şuranın iclasında İctimai Şuranın fəaliyyətini tənzimləyən əsasnamə təsdiqlənib. Əsasnamədə göstərilir ki, dörd ildən bir formalaşan şuranın sədri, sədr müavini və katibi üzvlərin tam tərkiblə iclasında səsvermə yolu ilə müəyyənləşdiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…