Fevralın 11-i və 12-sində Bakı Su İdmanı Sarayında “Triterra Triathlon Club”-ın təşkilatçılığı ilə Azərbaycan Triatlon Federasiyasının növbəti “Aquathlon” yarışı keçirilib.
Federasiyadan bildirilib ki, 45 idmançının iştirak etdiyi yarış “Absolute” və müxtəlif yaş kateqoriyalarından ibarət idi. Yarışın ilk günündə 1500 metr məsafədə üzgüçülük mərhələsi yer aldı. İkinci gün isə 10 km məsafə üzrə qaçış yarışına həsr olundu.
“Absolute” kateqoriyasının kişilər arası qalibləri ardıcıl olaraq Togrul Məmmədli, Kam Bular və Vitaliy Yakovlev oldular. Qadınlardan birinci yerə Fatimə Əlkərəmova, ikinci yerə Nataliya Mordasova, üçüncü yerə Adilə Süleymanova yiyələndi. Komandalar arası gərgin rəqabətdə 3 qalib təyin olundu: birinci yer “Triterra” idman klubu, ikinci yer “Alphatriclub” idman klubu, üçüncü yer isə “TriStar” idman klubu.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…