Azərbaycan Triatlon Federasiyasının (ATF) təşkilatçılığı ilə ilk dəfə ölkə kuboku yarışı keçirilib.Pirallahı adasındakı Nərəkənd kompleksində təşkil olunan turnirin proqramına triatlon və duatlon, həmçinin, uşaqlar üçün qaçış üzrə yarışlar daxil edilib.Ölkə kuboku yarışında 130-dan çox idmançı iştirak edib. Kişilər arasında Olimpiya məsafəsində keçirilən triatlon yarışında Azərbaycan yığmasının lideri Rostislav Pevtsov qalib gəlib. Toğrul Məmmədli gümüş, Kam Bular bürünc medal qazanıb.Qadınların yarışında Rəbiyə Orucova birinci yeri tutub. Alis Atkins gümüş, Marina Belan isə bürünc medala yiyələniblər.Estafet yarışında birinci yerin sahibləri Denis Karçaşkin, Cəmşid Kassimov və Vüqar Abdullah olublar. Cəfər Məmmədov, Giyom Kler Mari və Tapdıq Dadaşov ikinci, Elçin Bəkirov, Yusif Nəcəfov və Samir Məcidov isə üçüncü yerlə kifayətləniblər.Duatlon yarışında oğlanlar arasında Səid Zairov qələbə qazanıb. Teymur Cəfərov gümüş, Əli Rzazadə isə bürünc medala sahib çıxıblar.Qızların mübarizəsində isə Medisa Tasbihi, Elisa Skalabri və Milana Xəlilova ilk üçlükdə yer alıblar.Yaş kateqoriyaları üzrə qaliblər Gənclər və İdman Nazirliyi tərəfindən diplomlarla təltif olunublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…